İctimai Palatanın razılaşdırılmamış 2 aprel aksiya ilə bağlı ittiham olunan 6 nəfərin məhkəməsi davam etdirilib

İctimai Palatanın razılaşdırılmamış 2 aprel aksiya ilə bağlı ittiham olunan 6 nəfərin məhkəməsi davam etdirilib
# 22 iyul 2011 14:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. İctimai Palatanın (İP) bu il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı ittiham olunan 6 nəfərin - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən ikisi – Sahib Kərimov və Zülfüqar Eyvazov ifadə veriblər. Hər iki təqsirləndirilən şəxs onlara qarşı irəli sürülən ittihamla razılaşmadıqlarını və cinayət işi üzrə özlərini təqsirkar bilmədiklərini qeyd ediblər.

Proses iyulun 27-də digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, İP-nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR