BAXCP sədri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində yeni təşəbbüslə çıxış edib

BAXCP sədri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində yeni təşəbbüslə çıxış edib
# 01 avqust 2011 09:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində yeni təşəbbüslə çıxış edib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Q. Həsənquliyev “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədə” kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb.

Məlumatda o da qeyd olunub ki, 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi bəzi xarici qüvvələr ölkəmizin nüfuzuna xələl gətirmək və bu müsabiqənin gətirəcəyi pozitiv dividentləri öncədən şübhə altına almaq üçün müxtəlif vasitələrə əl atırlar. Bu məqsədlə bir neçə gün öncə fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkil tərəfindən “Azad musiqi azad olmayan ölkədə” adlı təxribat xarakterli kampaniyaya başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR