Azərbaycan prezidenti Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
# 02 avqust 2011 15:49 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR