Azərbaycanda hərbi xidmətə çağırışla bağlı bir neçə yeni qanun qəbul olunacaq

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı bir neçə yeni qanun qəbul olunacaq
# 03 avqust 2011 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisinin payız sessiyası çərçivəsində hərbi xidmətə çağırışla bağlı bir sıra qanunlara dəyişiklik edilməsi və bir neçə yeni qanunun qəbulu gözlənilir. Bu barədə APA-ya parlamentdən məlumat verilib.

Artıq bəzi qanunlara ediləcək dəyişikliklərin layihəsi hazırdır və üzərində müzakirələr aparılır. Dəyişikliklərin bir qismi parlamentdə yaradılmış xüsusi komissiya tərəfindən, digər qismi isə müvafiq qurumlardan təklif olunur.

Parlamentdən APA-ya verilən məlumata görə, dəyişikliklərin əsas hissəsi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi ilə bağlı olacaq. Eyni zamanda ali təhsil müəssisələrində oxuyanlara möhlət hüququnun verilməsi ilə bağlı layihənin də müzakirəyə çıxarılması gözlənilir.

Bundan başqa, payız sessiyasında «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsinin də müzakirəyə çıxarılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR