Uşaq geyimləri və məktəbli ləvazimatları qiymətləri ilə bağlı monitorinqlərə başlanılıb

Uşaq geyimləri və məktəbli ləvazimatları qiymətləri ilə bağlı monitorinqlərə başlanılıb
# 23 avqust 2011 18:09 (UTC +04:00)
Bakı-APA. Yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və respublikanın regionlarında monitorinqlərə başlayıb.
İqtisadi İnkişaf Nazirliyin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur (əlaqə telefonu: 498-15-01, 498-15-04).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR