Qax rayonunda respublikanın ali məktəblərinə daxil olmuş məzunlarla görüş keçirilib

Qax rayonunda respublikanın ali məktəblərinə daxil olmuş məzunlarla görüş keçirilib
# 23 avqust 2011 23:12 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Qax rayonunda respublikanın ali məktəvlərinə daxil olmuş məzunlarla görüş keçirilib. Qax RİH-dən APA-ya verilən məlumata görə, Qax rayon icra hakimiyyətində ali məktəblərə qəbul olunmuş məzunlar eləcə də beynəlxalq və respublika müsabiqələrinin qalibiləri ilə rayon ictimaiyyətinin görüşü keçirilib. Tələbə adını qazananlarla təşkil olunan mərasimdə rayonda aparılan təhsil islahatlarından bəhs olunub. Bildirilib ki, son illər rayonda təhsilin inkişafına diqqət və qayğının artının nəticəsi olaraq iki məktəb Heydər Əliyev fondu, 3 məktəb büdcə vəsaiti hesabına, 3 məktəb isə Yaponiya hökumətinin maliyyə vəsaiti hesabına tikilərək istifadəyə verilib. Tədbirdə bildirilib ki, bu il 342 məzun ali məktəblərə sənəd vermiş və onlardan 156-ı ölkənin müxtəlif ali məktəblərinə qəbul olunub. Məzunlardan 16-sı 600-dən yuxarı bal toplayıb. 49 nəfər 500-700 arası, 9 nəfər isə 585-600 intervalında bal toplayaraq bu il də Qax rayonuun ölkə birinciləri sırasında qalmasını təmin edib.
Tədbirin sonunda ali məktəblərə qəbul olunmuş məzunlar eləcə də beynəlxalq və respublika müsabiqələrinin qaliblərinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR