Mərkəzi Seçki Komissiyası təlimlərə başlayır

Mərkəzi Seçki Komissiyası təlimlərə başlayır
# 10 noyabr 2011 12:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 30-da keçiriləcək bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində təlimçilər üçün təlimlərə başlayır. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçki təyin olunmuş dairələrin dairə seçki komissiyalarında fəaliyyət göstərən 168 təlimçi üçün təşkil olunacaq təlimlər noyabrın 11-12-də olacaq.

MSK-nın təlimçiləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçəcəklər. Təlimlər Mərkəzi Seçki Komissiyasının bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı hazırladığı maarifləndirmə proqramının layihələrindən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR