Azərbaycan prezidenti Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib

Azərbaycan prezidenti Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib
# 16 noyabr 2011 14:14 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısına parkda görülmüş işlər, habelə parkın yaxınlığında yaradılmış Bayraq Meydanı haqqında məlumat verilib.

Ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılıb. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metr, bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılıb, yollar genişləndirilib.

Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR