“Beşlər” danışıqları dayandırıb

“Beşlər” danışıqları dayandırıb
# 19 noyabr 2011 11:09 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, müvəqqəti olaraq bu toplantılara moratorium qoyulub: “Çünki təklif olunan variantlarla bağlı tərəflər ortaq mövqeyə gələ bilmədi. Hər kəs fərqli fəaliyyət prinsiplərini diqtə edir. Bu da təbii ki, tərəflərin növbəti mərhələdə masa arxasında hansısa problemləri çözəcəyinə imkan vermir”.

İ. Ağazadə qeyd edib ki, lazım gələrsə, hər hansı partiyanın çağırışı ilə istənilən vaxt müzakirələr davam etdirilə bilər: “Hələlik bu məsələ aktual deyil. Yəni 5 partiyanın davamlı görüşləri olmayacaq. Fikir ayrılığı yaradan məqam gələcək proseslərə münasibət oldu. Təkcə seçki ilə deyil, ümumiyyətlə ölkədə baş verənlərə partiyaların münasibətində fikir ayrılığı var”.

İ. Ağazadə bu qərarın müxalifət partiyaları arasında yeni uçurumun yaranmasına gətirib çıxarmayacağına inandığını da vurğulayıb: “Partiya rəhbərləri xoş münasibətlərlə ayrılmağa qərar verdi. Əslində, bu, birlik də deyildi. Sadəcə ümumi birlik üçün danışıqlar aparmağı qarşımıza məqsəd qoymuşduq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR