Almaniyanın xarici işlər naziri Bakıda siyasi partiya liderləri, ictimai təşkilatların rəhbərləri və politoloqlarla görüşüb

Almaniyanın xarici işlər naziri Bakıda siyasi partiya liderləri, ictimai təşkilatların rəhbərləri və politoloqlarla görüşüb
# 15 mart 2012 12:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle bir sıra siyasi partiyaların liderləri və ictimai təşkilatların rəhbərləri ilə görüşüb. Bu barədə APA-ya görüş iştirakçılarından biri olan “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev məlumat verib.

E. Fətullayev görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus , REAL təşkilatının rəhbəri İlqar Məmmədov və politoloq Ərəstun Oruclunun iştirak etdiyini deyib: “Görüşdə demokratiya və insan haqları mövzusunda müzakirə aparıldı. Mən bildirdim ki, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətlə konstruktiv əlaqə yaratmışıq və bunda Almaniyanın da böyük rolu var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR