Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək
# 01 iyun 2012 07:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan haqları komitəsinin birgə iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Təklif səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR