Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib - FOTOSESSİYA

Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 iyun 2012 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı şəhərində Adil İsgəndərov adına Mədəniyyət Sarayında keçirilən qurultayda partiyanın 117 üzvü iştirak edib.

Qurultayın nizamnaməsinə 9 məsələ, o cümlədən partiya başqanının seçilməsi daxil edilib.

Qurultayın açılışında çıxış edən partiya başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırda Azərbaycanda passiv siyasi durum mövcuddur. Son vaxtlar ölkədə baş verənlər, eləcə də «Siyasi partiyalar haqqında» qanuna edilmiş dəyişikliklər BQP-nin siyasi fəaliyyətini gücləndirməsinə təkan verəcək. BQP-nin ötən müddətdə fəaliyyəti barədə hesabat verən F. Mustafa qeyd edib ki, rəhbərlik etdiyi partiya bələdiyyə seçkilərində YAP-dan sonra ikinci yeri tutub. Parlament seçkilərində isə qazandığı səslərin sayına görə dördüncü olub. Hazırda BQP-nin nümayəndələri MSK, DSK və məntəqə seçki komissiyalarında təmsil olunur. Hakimiyyətin daxili və xarici siyasətini tənqid edən F. Mustafa korrupsiya ilə mübarizənin yetərincə aparılmadığını bildirib.

Partiya sədri onu da əlavə edib ki, BQP realist partiyadır və üzvlərini heç zaman küçələrə çıxararaq döydürtmür.

Daha sonra BQP-nin orqanlarının rəhbərləri çıxış edərək hesabat veriblər.

Sonda BQP-nin Nizamnaməsinə və Məramnaməsinə dəyişiklik edilib, partiya başqanlığına seçkilər olub.

Nizamnaməyə edilmiş dəyişikliyə əsasən, partiyanın qurultayı 4 ildən bir (indiyədək qurultay 2 il 6 aydan bir keçirilib) keçiriləcək və hər 4 ildən bir partiyanın sədri postuna seçki keçiriləcək.

Səsvermə nəticəsində isə F. Mustafa yenidən partiya başqanı seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR