BAXCP “İnformasiya əldə etmək haqqında” və “Kommersiya sirri haqqında” qanunlara ediləcək əlavə və dəyişiklikləri informasiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib

BAXCP “İnformasiya əldə etmək haqqında” və “Kommersiya sirri haqqında” qanunlara ediləcək əlavə və dəyişiklikləri informasiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib
# 04 iyun 2012 10:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai-siyasi məsələlər çərçivəsində İdarə Heyətinin müzakirəsinə çıxarılan mövzulardan biri “İnformasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara ediləcək əlavə və dəyişikliklərlə bağlı olub.

BAXCP İdarə Heyəti adıçəkilən qanunlara ediləcək əlavə və dəyişiklikləri informasiya azadlığının məhdudlaşdırılması kimi dəyərləndirib. Partiya hesab edir ki, informasiya əldə etmək sahəsində geriyə addım atmaq əvəzinə bu istiqamətdə mövcud olan bürokratik əngəllərin aradan qaldırılmasına nail olmaq lazımdır. Belə ki, vəzifəli şəxslərin jurnalist sorğularına vaxtında və dolğun cavab verməməsi onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün əsas olmalı və belə şəxslər haqqında dərhal cinayət işinə başlanılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR