Hafiz Hacıyev: “İctimai Palatada təmsil olunmağımıza razılıq verilmədi”

Hafiz Hacıyev: “İctimai Palatada təmsil olunmağımıza razılıq verilmədi”
# 04 iyun 2012 14:55 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Biz birləşməyə çalışdıq, amma onlar bizim tələblərimizlə razı olmadılar”. APA-nın məlumatına görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün keçirdiyi mətbuat konfransında İctimai Palatada təmsil olunmaq məsələsinə münasibət bildirərkən deyib. O, Müasir Müsavat Partiyasının İctimai Palatada (İP) təmsil olunmağa çalışdığını, lakin müəyyən səbəblərə görə razılıq əldə olunmadığını vurğulayıb.

H. Hacıyev eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və digər partiyaların fəaliyyətini sərt tənqid edib: “Bəzi partiyaların məqsədi ölkədə sabitliyi pozmaqdır. Əli Kərimli bəzi Avropa ölkələrini Azərbaycana qarşı qaldırır. Biz müəyyən qruplar yaradacağıq və bu qruplar bu insanların nə işlər gördüyünü ictimaiyyətə çatdıracaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR