Müsavat Məclisi toplanacaq

Müsavat Məclisi toplanacaq
# 04 iyun 2012 16:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Məclisinin növbəti iclasının iyunun 24-də keçirilməsi haqda qərar qəbul edilib.

Vicdan məhbusları ilə bağlı məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılması və Arif Hacılıya anasının yasında iştirak etməsinə şərait yaradılması bu problemin həlli demək deyil və bütün məhbuslar azadlığa buraxılmalıdır.

Milli Məclisin müvafiq komitəsində “İnformasiya əldə etmək haqqında” və “Kommersiya sirri haqqında” qanunlara sahibkarlıqla məşğul olan hüquqi şəxslərin təsisçiləri və payçıları haqda məlumatların gizliliyini təmin edən əlavə və dəyişikliklər layihəsinə də münasibət bildirilib. Bu qanun layihələrinin absurd olduğu, hakimiyyətin korrupsiya əməllərini gizlətmək məqsədilə hazırlandığı vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR