Milli Məclisin sədr müavini cəbhədə baş verən təxribatlara münasibət bildirib

Milli Məclisin sədr müavini cəbhədə baş verən təxribatlara münasibət bildirib
# 07 iyun 2012 14:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Son günlər erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozması danışıqlar prosesinə mənfi təsir göstərir. Bu, danışıqların bir tərəfi olan Ermənistanın qeyri-konstruktiv mövqedə olması və danışıqlar prosesindəki mövqeyi ilə real həyatdakı mövqeyinin ziddiyyət təşkil etməsinin göstəricisidir”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, erməni tərəfinin son hərəkətləri hətta ayrı-ayrı prinsiplərin razılaşdırılması ilə əlaqədar əldə olunmuş nəticəni tamamilə kölgədə qoyur və prosesin perspektivini şübhə altına alır.

B. Muradova erməni tərəfinin cəbhədə aktivləşməsinin ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə əlaqəli olub-olmaması barədə sualı belə cavablandırıb: “Son hadisələr insanı kifayət qədər fikirlər söyləməyə və müxtəlif istiqamətlərdə mülahizələr irəli sürməyə vadar edir. Amma görünən odur ki, ermənilər müxtəlif maraqların ifadəçisinə çevrilməkdə davam edirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR