Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasını tənqid edib

Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasını tənqid edib
# 09 iyun 2012 10:44 (UTC +04:00)
Amma biz heç də narazı təbəqəni ətrafımıza cəlb edə bilməmişik. İctimai Palata ölkədəki narazı insanları öz ətrafına cəlb edə bilibmi?”. APA-nın xəbərinə görə, bu fikirləri İctimai Palatanın (İP) sessiyasındakı çıxışında iclasa sədrlik edən İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib.

V. Mirkamal ölkədə seçki mühitinin formalaşdırılmasının və seçki qanunvericiliyinin dəyişdirilməsinin zəruriliyini vurğulayıb: “İndiki seçki qanunvericiliyi ilə istənilən şəxs seçkidə uduza bilər”.

V. Mirkamal kütləvi aksiya məsələsinin İP-in gündəliyində qaldığını da deyib.

İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər son günlər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyini xatırladaraq deyib ki, bu, ilk növbədə Rusiya dairələrinin güc göstəricisidir: “Çünki Hillari Klinton səfərdən qabaq bəyan etmişdi ki, bölgəyə gəlməkdə məqsəd həm də münaqişələrlə bağlıdır və bu münaqişələr həll olunmalıdır. Ancaq Rusiyanın bu niyyəti keçməyəcək”.

İ. Qəmbər İP üzvləri olan bitərəfləri daha aktiv olmağa səsləyib.

İP KŞ üzvü Pənah Hüseyn deyib ki, İP-in aksiyalarında daha çox Müsavat Partiyası və AXCP-nin üzvləri aktivlik edib. O, İP KŞ-ni tənqid edərək üzvləri qurumun sənədlərinin müəyyən müddəalarına əməl etməməkdə günahlandırıb. Bu müddəalar sırasına İP-in prezidentliyə namizədinin müəyyənləşdirilməsi də daxildir: “Bəziləri buna bilərəkdən mane olub, bəziləri də bilməyərəkdən”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR