İctimai Palatada təmsil olunan müsavatçılar Pənah Hüseynin prezidentliyə vahid namizədin müəyyənləşməsi təklifinə qarşı çıxıblar

İctimai Palatada təmsil olunan müsavatçılar Pənah Hüseynin prezidentliyə vahid namizədin müəyyənləşməsi təklifinə qarşı çıxıblar
# 09 iyun 2012 11:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, İP-in və Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib ki, bu gün vahid namizəd məsələsinin müzakirəsi İctimai Palatanı uçuruma apara bilər: “Biz nə vaxt koalisiya olacağıq, o vaxt vahid namizəd məsələsi gündəmə gələ bilər”.

İP-in digər üzvü, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib ki, İP-də vahid namizəd məsələsi ilə bağlı müzakirələrin başlaması təşkilatda qarşıdurmaya səbəb ola bilər: “Bu qarşıdurmaya əsla getmək olmaz”.

İclasa sədrlik edən İP KŞ üzvü Vidadi Mirkamal isə deyib ki, vahid namizəd məsələsindən “xoxan düzəltmək” lazım deyil.

İP KŞ üzvü Əli Kərimli də sessiyada çıxış edib. O, ölkədəki ictimai-siyasi vəziyyətlə, sonda isə prezidentliyə vahid namizədlik məsələsi ilə bağlı fikirlərini açıqlayıb: “Biz birlikdə maraqlıyıq, inşallah bu birliyi qoruyub saxlayacağıq. Biz İctimai Palatanı gücləndirməliyik”.

Bununla da İP-in növbəti sessiyası başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR