Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başlayıb

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başlayıb
# 12 iyun 2012 09:04 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyanın MM sədri Oqtay Əsədovun spikerliyi ilə keçirilən ilk iclasında ümumilikdə 10 məsələ müzakirə olunacaq.
Ən diqqətçəkən məsələ isə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsidir. Bu qanun layihəsi ikinci səsverməyə çıxarılacaq.
Bundan başqa, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlara dəyişikliklər ediləcəyi gözlənilir. Həmçinin, İnzibati Xətalar Məcəlləsi və Vergi Məcəlləsinə də dəyişiklik ediləcək.
Şəhərsalma və Tikinti Məcəlləsi isə ikinci oxunuşda müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR