Azərbaycanda yeni inzibati ərazi dairələrinin yaradılması barədə qanun dəyişikliyi qəbul olunub

Azərbaycanda yeni inzibati ərazi dairələrinin yaradılması barədə qanun dəyişikliyi qəbul olunub
# 12 iyun 2012 10:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihə barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

Qanuna təklif olunan dəyişikliyə əsasən, sahə inzibati ərazi dairəsi - rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.

Rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə sahə inzibati ərazi dairələri yaradılır.

Sahə inzibati ərazisi azı 20 min əhalisi olan ərazidə yaradılacaq, yalnız istisna hallarda əhalisi 20 mindən daha az olan ərazilərdə yaradıla bilər.

Deputat Qüdrət Həsənquliyev dəyişikliklər layihəsinin əleyhinə olub. O deyib ki, yeni dəyişikliklər həm də əlavə xərclər deməkdir: “Layihə ekspertizadan keçmədiyi və Milli Məclisə bu barədə məlumat verilmədiyi üçün biz bu qanunu qəbul etməməliyik”.

İlyas İsmayılov da Q. Həsənquliyevin dediklərini dəstəkləyib.

Regional məsələlər komitəsinin sədr müavini Tahir Rzayev isə bu dəyişikliklərin mütərəqqi olduğunu və dövlət büdcəsinə ziyan vurmadığını deyib.

MM sədrinin müavini Bahar Muradova və Zahid Oruc da dəyişikliklər layihəsini dəstəkləyib.

Layihə səsverməyə çıxarılaraq səs çoxluğu ilə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR