Milli Məclis sədrinin müavini deputata irad tutub: “Təklif olunan qanun layihəsini başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun”

Milli Məclis sədrinin müavini deputata irad tutub: “Təklif olunan qanun layihəsini başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun”
# 12 iyun 2012 10:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunarkən qadın deputatla parlament rəhbərliyi arasında mübahisə düşüb. APA-nın xəbərinə görə, deputat Elmira Axundova “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər qəbul olunduqdan sonra sənəddə müəyyən anlaşılmazlıqların olduğunu deyib, suallarının olduğunu söyləyib.

Vitse-spiker Ziyafət Əsgərov isə qəbul edilmiş qanun barədə başqa bir qanun layihəsi müzakirə edilərkən çıxış etməyi düzgün saymadığını bildirib. E. Axundova yenidən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanuna toxunub və bəzi bir sıra məsələləri başa düşmədiyini bildirib.

Ziyafət Əsgərov isə ona daha sərt şəkildə irad bildirib: “Sabah da mətbuat yazacaq ki, 15 ilin deputatı hələ bilmir, nə müzakirəyə qoyulub, qəbul edilib. Qanun layihəsi təklif edənlər deputatlardır, başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun”.

Vitse-spiker Valeh Ələsgərov da Elmira Axundovaya irad tutub: “Nəyisə başa düşmürsünüzsə, komitə sədri, mən, Ziyafət müəllim, ekspertlər var, əvvəlcə yaxınlaşıb soruşun. Arif Rəhimzadə o gün mənə zəng vurmuşdu, bir şeyi soruşdu. Utanıb yerə girdim ki, bu boyda kişi mənə zəng vurub. Hər kiçik məsələni şişirtməyin. Burada, sədarətdə oturanlar da insandırlar axı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR