Azərbaycanda səfərdə olan AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər

Azərbaycanda səfərdə olan AŞPA həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər
# 12 iyun 2012 15:03 (UTC +04:00)
Bu barədə APA-ya hüquq müdafiəçisi Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin sədri Səadət Bənənyarlı məlumat verib.

S. Bənənyarlı görüş zamanı Azərbaycanda insan hüquq və azadlıqları barəsində müzakirələr apardıqlarını deyib: “Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı məsələlər, həmçinin İctimai Palatanın ötən ilin aprelində keçirdiyi razılaşdırılmamış aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılması, Azərbaycanda vəkillik institutu ilə bağlı problemlər müzakirə olundu. Hesab edirik ki, həmməruzəçilərin Azərbaycanla bağlı hazırladıqları hesabAtda bu məsələlər də əks olunacaq”.

S. Bənənyarlı görüşdə hüquq müdafiəçiləri Leyla Yunus, Eynulla Fətullayev, vəkillər İradə Cavadova və Fuad Ağayevin də iştirak etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR