Açıqlama: Ədalət Partiyası ilə VİP-in birləşməsi məsələsi müzakirə olunmayıb

Açıqlama: Ədalət Partiyası ilə VİP-in birləşməsi məsələsi müzakirə olunmayıb
# 13 iyun 2012 12:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Liberal, Yaşıllar, Ədalət , Vətəndaş və İnkişaf partiyaları adıçəkilən qurumlar arasında aparılan danışıqlarla bağlı açıqlama yayıb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada Ədalət Partiyası ilə VİP-in birləşəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar yayıldığı bildirilib. Məlumatda o da qeyd olunub ki, bu partiyalar arasında əməkdaşlığın qurulması istiqamətində danışıqlar hazırda da davam etdirilir. Proses çərçivəsində Ədalət Partiyasının sədri İlyas İsmayılov və VİP sədri Əli Əliyev arasında bir neçə dəfə görüş keçirilib. Danışıqlarda Ədalət Partiyası ilə VİP-in birləşməsi məsələsi müzakirə mövzusu olmayıb.

VİP mətbuat xidməti nəzəri və praktik baxımdan, iki partiyanın birləşməsinin mümkünlüyünü qeyd etməklə yanaşı, ölkə mediasında iki partiyanın birləşəcəyi haqda gerçəyi əks etdirməyən məlumatların yayılmasından təəssüfləndiyini bildirib. VİP bu dezinformasiyaların dövriyyəyə buraxılmasını yuxarıda adları çəkilən partiyalar arasında aparılan müzakirələri diqqətlə təqib edən müəyyən siyasi çevrələrin narahatlığının ifadəsi kimi qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR