Polis şöbəsində Natiq Ədilovla söhbət aparılıb

Polis şöbəsində Natiq Ədilovla söhbət aparılıb
# 13 iyun 2012 13:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu (Ədilov) Sabirabad rayon Polis Şöbəsində olub.

N. Ədilovun APA-ya verdiyi məlumata görə, polis şöbəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi Seyran Mehdiyev onunla söhbət edib: “Seyran Mehdiyev mənə bildirdi ki, İctimai Palatanın mayın 24-də keçirdiyi aksiyada iştirak etmişəm. Həmin aksiya isə vətəndaşların istirahət hüququnu pozub. Mən də bildirdim ki, aksiyada jurnalist kimi iştirak etmişəm, məlumat hazırlamışam”.

N. Ədilov polis şöbəsinə Daxili İşlər Nazirliyindən şöbəyə göndərilən məktub əsasında çağırıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR