İctimai Palata ədalətli seçki mühitinin formalaşdırılması ilə bağlı tədbirlər planı hazırlayacaq

İctimai Palata ədalətli seçki mühitinin formalaşdırılması ilə bağlı tədbirlər planı hazırlayacaq
# 13 iyun 2012 15:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının iclası keçirilib. İP mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, toplantıda sentyabra qədər olan müddətdə Azərbaycanda ədalətli və hüquqi seçki mühitinin formalaşdırılması ilə bağlı tədbirlər planının işlənməsi və həyata keçirilməsinə dair qərar qəbul olunub.

İyunun 21-də seçki hüququ ilə bağlı dinləmələrin keçirilməsi də razılaşdırılıb. Müzakirələrdə ölkənin aparıcı partiya liderləri, Ziyalılar Forumunun nümayəndələri, hüquq müdafiəçiləri və seçki ekspertləri dəvət ediləcək.

Toplantıda bölgələrdə şöbələrin təsis edilməsi, o cümlədən qurumun genişləndirilməsi məsələləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR