BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
# 14 iyun 2012 11:50 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları təbrik edərək bildirib ki, 19 il bundan əvvəl xalq Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı.

Dağlıq Qarabağ probleminə toxunan rektor deyib ki, prezident İlham Əliyevin uğurla davam etdirdiyi kurs Azərbaycanı bu problemdən də qurtaracaq: “Tarix göstərir ki, böyük problemlərin həlli qısa zaman kəsiyində baş vermir. Bunun üçün xalq mütəşəkkil formada mübarizə aparmalıdır. Bu baxımdan hər bir azərbaycanlı bu problemi öz daxili problemi kimi hiss etməli və Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısının apardığı məqsədyönlü və ardıcıl siyasəti dəstəkləməlidir”.

Rektor hollandiyalı hərbi müxbir Çarlz Van der Leunun BDU-nun təşəbbüsü ilə Fransada çap olunan və fransız dilində dünya ictimaiyyətinə təqdim olunan “Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə” adlı kitabını bu istiqamətdə atılmış addımlardan biri kimi qiymətləndirib.

Tədbirdə Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək Qurtuluş Günü və onun Azərbaycan xalqı üçün əhəmiyyətindən söz açıb. N. Məmmədov BDU-nun təşəbbüsü ilə nəşr olunan kitabı yüksək qiymətləndirib.

Tədbirdə başqa çıxışlar da dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR