Müsavat Partiyasının rəhbərliyi Gürcüstana gedib

Müsavat Partiyasının rəhbərliyi Gürcüstana gedib
# 18 iyun 2012 12:11 (UTC +04:00)
Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Nümayəndə heyətinə partiyanın başqanı İsa Qəmbər, başqan müavinləri Gülağa Aslanlı, Arzu Səmədbəyli, partiya üzvləri Almaz Əliqızı, Nüşabə Sadıxlı, İkram İsrafil, Aydın Acal, Yusif Tağı, Leyla İlqar, Nigar Yaqublu, Sevinc Hüseynli, Yadigar Sadıqlı və Elman Fəttah daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti 1920-ci il iyunun 19-da bolşevik terrorunun qurbanı olan Fətəli Xan Xoyskinin məzarını ziyarət edəcək.

Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı Tiflisdə Gürcüstan hökuməti ilə hər hansı müzakirənin aparılması proqrama daxil deyil. Lakin partiya Gürcüstandakı müttəfiq siyasi qurumlarla bu məsələni müzakirə etməyi nəzərdə tutub. O deyib ki, bu müzakirə Müsavat Partiyasının atacağı addımların istiqamətinin müəyyənləşdirilməsi məqsədi daşıyacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR