ADP Misirdə keçirilən seçkilərdə “Müsəlman qardaşları”nın qələbəsini müsbət qiymətləndirir

ADP Misirdə keçirilən seçkilərdə “Müsəlman qardaşları”nın qələbəsini müsbət qiymətləndirir
# 18 iyun 2012 13:28 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub. İdarə Heyəti üzvləri Suriya hadisələrindən ciddi narahatlığını ifadə edərək, beynəlxalq gücləri Əsəd rejimini durdurmağa və Suriyaya beynəlxalq müdaxiləyə çağırıblar.

İdarə Heyəti üzvləri Misirdə keçirilən seçkilərdə “Müsəlman qardaşları”nın qələbəsini müsbət dəyərləndirib və bu ölkədə demokratik qüvvələrin hakimiyyətə gələ bilməməsinin əsas səbəbinin Qərbin, xüsusilə də ABŞ-ın Misirdə olan demokratik qüvvələrə zamanında dəstək verməməsi olduğunu bildirib.

AŞPA həmməruzəçilərinin Azərbaycana dair hazırladıqları ilkin hesabatın nəticələrinə qiymət verən partiya, bu hesabatın Azərbaycan gerçəkliklərini düzgün əks etdirmədiyini vurğulayıb. İdarə Heyəti üzvləri AŞPA-nın Azərbaycanla bağlı fəaliyyətini qeyri-qənaətbəxş hesab ediblər.

Toplantıda korrupsiya və rüşvətlə mübarizənin səviyyəsinin də yetərli olmadığı vurğulanıb.

İdarə Heyəti üzvləri əsas diqqəti ölkədə seçkiqabağı mühitin yaxşılaşdırılması və ədalətli seçkilərin keçirilməsinə zəmin yaradılmasına yönəltməyin vacibliyini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR