Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstan Respublikaçılar Partiyası Ali Məclisinin iclasında iştirak və çıxış edib

Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstan Respublikaçılar Partiyası Ali Məclisinin iclasında iştirak və çıxış edib
# 20 iyun 2012 11:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyasının rəhbərliyi Gürcüstana səfər çərçivəsində bu ölkənin Respublikaçılar Partiyasının rəhbərliyi ilə görüş keçirib. Partiyanın başqan müavini Tofiq Yaqublu APA-ya bildirib ki, görüşdə Müsavat Partiyasının qurultayının Tiflisdə keçirilməsi məsələsi müzakirə edilib: “Bununla bağlı məsləhətləşmələr aparılıb. Lakin görüşün detallarının açıqlanmasına ehtiyac yoxdur”.

T. Yaqublu deyib ki, görüşdə partiyalar və iki ölkə arasındakı əlaqələr, eləcə də hər iki ölkədə ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi aparılıb. O qeyd edib ki, səfər zamanı Müsavat Partiyasının nümayəndə heyəti Gürcüstan Respublikaçılar Partiyası Ali Məclisinin iclasında iştirak edib və İsa Qəmbər bu iclasda çıxış edib.

Qeyd edək ki, iyunun 18-də Müsavat Partiyasının rəhbərliyi Azərbaycan Demokratik Cümhuriyyətinin birinci hökumətinin başçısı Fətəli xan Xoyskinin yad edilməsi məqsədilə Gürcüstana səfərə gedib. Səfər çərçivəsində nümayəndə heyəti 1920-ci il iyunun 19-da bolşevik terrorunun qurbanı olan Fətəli Xan Xoyskinin məzarını ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR