Arif Hacılı və Fuad Qəhrəmanlının barəsində hökmdən Avropa Məhkəməsinə şikayət göndərilib

Arif Hacılı və Fuad Qəhrəmanlının barəsində hökmdən Avropa Məhkəməsinə şikayət göndərilib
# 20 iyun 2012 15:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barələrində olan məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apellyasiya şikayəti verilib. Lakin məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR