Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
# 23 iyun 2012 06:00 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncam ümumilikdə 66 nəfərə şamil olunub. Onlardan 58-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2-si islah işləri cəzasının çəkilməmiş hissəsindən, 6-sı isə cərimə cəzasından azad edilib.

Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9 nəfər də adı var.

Bunlar Arif Hacılı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov, Tural Abbaslı, Sahib Kərimov, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı və Məhəmməd Məcidlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR