Rəsmi Bakı Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatına münasibət açıqlayıb

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır: “Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Ştrasserin səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik. Hazırda da bu danışıqlar gedir. Komitədə bu məsələ qaldırılıb və sentyabr ayında bu məsələnin AŞPA-nın gündəminə gətirilməsi qərara alınıb. Azərbaycanın müvafiq qurumları bu məsələni öyrənir və buna münasibət bildirəcəklər”.
K. Ştrasserin Azərbaycanda siyasi məhbus kriteriyasına 90 nəfəri aid etməsinə gəlincə, PA rəsmisi bunun subyektiv mövqe olduğunu deyib: “Azərbaycanın bu məsələdə öz yanaşması və metodikası var. Ştrasserin yanaşması subyektiv mahiyyət daşıyır. Onun neçə nəfəri həmin siyahıya aid etməsi də ziddiyyətlidir. Çünki Azərbaycanda uzun müddətdir, bu məsələ ətrafında fərqli fikirlər irəli sürülür. Azərbaycanın və Avropanın hüquq-müdafiə təşkilatları bu məsələdə yekdil rəyə gələ bilməyib. Kimi siyasi məhbus kateqoriyasına aid etmək, yaxud onun kriteriyasını necə müəyyən etmək məsələsində uyğunsuzluq var. Biz Ştrasserin hesabatı ilə razı deyilik. Öz münasibətimizi yazılı şəkildə Avropa Şurasına və onun müvafiq qurumlarına çatdıracağıq”.
Ə. Həsənov ölkə prezidentinin imzaladığı son əfv sərəncamına və İctimai Palatanın aksiyalarına saxlanılmış 9 nəfərin azadlığa buraxılmasına da münasibət bildirib: “Prezident bir daha həmin insanlara doğru yola qayıtmaq imkanı yaratdı. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, ictimai davranış qaydalarına hamının əməl etməsi, hüquq-mühafizə orqanlarının tələblərinə hamının tabe olması qanunun tələbidir. Qanunun tələblərini pozanlar da müvafiq olaraq cəzalara məruz qalırlar. Bu insanlara ölkə prezidenti bir daha şərait yaratdı ki, bundan sonra Azərbaycan cəmiyyətində özlərini qanunlara müvafiq aparsınlar”.
PA rəsmisi “Tolişi- Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə də münasibət bildirib: “Bununla bağlı araşdırma gedir, hələlik məhkəmə hökmü olmayıb. Ona görə də bu məsələ ilə əlaqədar hər hansı münasibət bildirmək istəmirəm. Təəssüflər olsun ki, bəzi hallarda olduğu kimi, Azərbaycanda hüquq-müdafiə fəaliyyəti həyata keçirən insanlar bunu da siyasiləşdirməyə, fərqli düşünənlərə təzyiq kimi dəyərləndirməyə çalışırlar. Amma ortada konkret faktlar var. Hazırda müvafiq orqanlar bununla bağlı iş aparır. Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.
Daxili siyasət
Vətəndaşlar Prezidentin Böyük qayıdış və hərbi quruculuq sahəsində fəaliyyətini yüksək qiymətləndirir - SORĞU

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə veriblər - FOTO

Prezident İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan əhalisi prezidentin xarici siyasətini yüksək qiymətləndirir - SORĞU
Xəbər Lenti
Makron ABŞ-ın Avropa İttifaqı məhsullarına tarif tətbiq etmək qərarını pisləyib
Ukrayna XİN: İstanbul formatı aktuallığını itirib
Aİ Trampın yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt münasibət bildirib
Tramp Ukraynaya silah dəstəyi üçün vəsait ayırmağı nəzərdən keçirir
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərlənib
Yalçın Rəfiyev Ukrayna Bərpa Konfransında iştirak edib - FOTO
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
“Ramşteyn formatı” üzrə növbəti görüş 10 gün ərzində baş tutacaq
Xaçmazda avtomobil çaya aşıb, yaralanan var - FOTO
İtalyan mafiya başçısı Kolumbiyada saxlanılıb
Almaniya "Patriot" sistemləri üçün ilk yerli istehsal raketlərini 2026-cı ildə əldə edə bilər
Gəncədə partlayışda ağır yanıq xəsarətləri alan şəxs 8 gün sonra xəstəxanada ölüb
KİV: Uitkoff hələlik Qəzza ilə bağlı danışıqlarda iştirak etmir
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Şəkidə 15 hektar sahədə yanğın olub
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Ağdaşda 13 yaşlı uşaq su arxında boğularaq ölüb
Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır
Volqa çayında üzən ev aşıb, bir nəfər ölüb
Deputat: Fransanın liberal-demokratik modeli Makronun sayəsində dərin sarsıntılarla üz-üzədir
Gəncədə bıçaqlanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb- YENİLƏNİB
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatıb
Aİ 30%-lik ABŞ tariflərinə qarşı avqustun 1-dək razılaşma üçün çalışacaq
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan-Suriya münasibətlərində yeni mərhələ: Diplomatik canlanmadan enerji tərəfdaşlığına- TƏHLİL
Araqçi: “Snapback” mexanizmi İranın nüvə məsələsində Avropanın rolunu bitirəcək
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Yeni Kaledoniya dövləti yaradılır
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
KİV: Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək
Prezident: Suriyada yeni hakimiyyətdən sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Pentaqon Çinlə müharibə riskinə qarşı Yaponiya və Avstraliyadan mövqe tələb edir
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib
Ukrayna XİN rəhbəri NATO Baş katibinin müavini ilə görüşüb
Kim Çen In Lavrovu qəbul edib - VİDEO
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İndiyədək 500-dən çox beynəlxalq səyyah Qarabağa səfər edib
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli olub
MŞ: "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialından başqa bir şey olmayıb - MÜRACİƏT