Asim Mollazadə ABŞ-ın AIPAC təşkilatının rəsmisi ilə görüşüb

Asim Mollazadə ABŞ-ın AIPAC təşkilatının rəsmisi ilə görüşüb
# 29 iyun 2012 16:33 (UTC +04:00)
Bakı-APA. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın AIPAC təşkilatının Siyasət və hökumətlərlə münasibətlər idarəsinin direktoru Marvin C.Feuerlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Amerika və İsraillə əlaqələri, Azərbaycanın xarici siyasət, iqtisadi münasibətlər və enerji ilə bağlı strategiyası, Cənubi Qafqaz regionundakı vəziyyət, ölkəmizin Avroatlantik məkana inteqrasiyası müzakirə olunub. Asim Mollazadə DİP-in sözügedən məsələrlə bağlı mövqeyini ifadə edib və qonağı partiyanın fəaliyyəti barədə məlumatlandırıb.

Asim Mollazadə həmçinin Rusiya-Azərbaycan forumunda iştirak edib. O, forumda Azərbaycanın enerji strategiyası və bu istiqamətdə siyasətinin başlıca prioritetləri barədə çıxış edib.

Partiya sədri Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfransda da iştirak edib. Millət vəkili mövzu ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR