Araz Əlizadə: “Ayaz Mütəllibov həm partiyadan, həm də siyasətdən gedir”

Araz Əlizadə: “Ayaz Mütəllibov həm partiyadan, həm də siyasətdən gedir”
# 30 iyun 2012 07:36 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib.

O bildirib ki, partiyanın həmsədri, keçmiş prezident Ayaz Mütəllibov partiyanın rəhbərliyi vəzifəsindən getməsinə dair qərar qəbul edib: “Ayaz Mütəllibovun bununla bağlı partiyanın qurultayına məktubu var və bu sənəd XII qurultayda açıqlanacaq. Ayaz Mütəllibovun bu mövqeyi partiyanın rəhbər strukturunda həmsədrlik institutunun ləğv edilməsi ilə bağlı müzakirələrin aparılmasına gətirib çıxarıb. Partiyanın XII qurultayında bu məsələ müzakirə mövzusu olacaq”.

A. Əlizadə qeyd edib ki, qurultayda partiyanın prezident seçkisində iştirakı məsələsi də müzakirə ediləcək: “Sosial Demokrat Partiyası heç bir qruplaşmaya qoşulmaq niyyətində deyil”.

Qeyd edək ki, bu gün ASDP-nin XII qurultayı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR