BMT-nin baş katibi Ban Ki Mun: “BMT erməni soyqırımı iddiaları ilə bağlı müzakirələrə heç zaman cəlb olunmayacaq”

BMT-nin baş katibi Ban Ki Mun: “BMT erməni soyqırımı iddiaları ilə bağlı müzakirələrə heç zaman cəlb olunmayacaq”
# 01 may 2007 09:57 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bu bəyanatla çıxış edən BMT baş katibi Ban Ki Mun 1994-cü ildə Ruandada həyata keçirilən soyqırımı ilə bağlı sərginin açılış mərasimində öz fikirlərini belə əsaslandırıb: “Bu sərgi Ruandada baş verən hadisələrdən çıxaracağımız nəticələrə həsr olunub. Bizim digər tarixi hadisələrə qiymət vermək niyyətimiz yoxdur. Ümumiyyətlə, BMT özünün təsis olunmasından əvvəl yəni, II dünya müharibəsinə kimi baş verən hadisələri müzakirə etməyəcək”. Qeyd edək ki, Ruandada soyqırımına həsr olunan sərginin aprelin 9-da açılması nəzərdə tutulurdu. Erməni diasporu həmin sərgidə qondarma erməni soyqırımına həsr olunmuş plakatlar yerləşdirmək istədiyindən Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin məsələyə müdaxilə edib və sərgi təxirə salınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR