Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
# 01 may 2007 10:12 (UTC +04:00)
XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Rusiya Böyük Ensiklopediyasında Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim olunması ilə bağlı verilmiş notada deyilir ki, faktların tərif olunması Azərbaycan xalqının heysiyyətinə toxunur, Azərbaycan-Rusiya əlaqələrinin ruhuna ziddir, Rusiyanın Azərbaycandakı imicinə müsbət təsir etmir, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkə kimi roluna, həm Rusiyada, həm də Azərbaycanda ictimai fikrə mənfi təsir göstərir. Azərbaycan Rusiyadan 2006-cı ildə nəşr olunmuş ensiklopediyada dəyişiklik etməyi və tirajı müsadirə etməyi tələb edir.
Qeyd edək ki, Azərbaycan XİN-in ötən həftə Rusiyanın RTR kanalında Naxçıvanı tarixən Ermənistan ərazisi adlandırılması ilə bağlı verdiyi etiraz notasına hələ rəsmi cavab gəlməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR