Azərbaycan rəsmiləri İstanbulda keçirilən 10-cu Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edirlər

Azərbaycan rəsmiləri İstanbulda keçirilən 10-cu Avrasiya İqtisadiyyat Zirvəsində iştirak edirlər
# 02 may 2007 15:49 (UTC +04:00)
Bu gün İstanbul Ticarət Palatasının iclas salonunda 10-cu Avrasiya İqtisadiyyat Zirvəsi başlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən Mərmərə Qrupu Vəkfinin prezidenti Akkan Suver 10 ildə Avrasiya ölkələri ilə sıx münasibətlər yaratdıqlarını vurğulayıb. A. Suver Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qarşı Rusiya-Ermənistan-İran paktının yaradılmasına cəhd göstərildiyini, Lakin Ermənistanın monodövlət siyasətinin bu təşəbbüsü iflasa uğratdığını bildirib. Tədbirdə Türkiyə Sənayeçi və İş Adamları Assosiasiyasının (TÜSİAD) prezidenti Arzuhan Yalçındağ, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev, Türkiyənin enerji naziri Hilmi Gülər və dövlət naziri Kürşat Tüzmən, Rumıniyanın keçmiş prezidentləri İon İliesku və Konstantinesku iştirak edirlər. Azərbaycanı isə 10-cu Avrasiya İqtisadiyyat Zirvəsində Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, sənaye və energetika naziri Natiq Əliyev və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təmsil edirlər. Zirvənin işində 10 il mütəmadi iştirak etdiyinə görə Əli Həsənov, Azərbaycanın Türkiyədəki keçmiş səfiri, hazırda ölkəmizin İspaniyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edən Məmməd Əliyev və Zirvənin baş katibi Vaqif Qasımov Mərmərə Qrupunun medallarına layiq görülüblər.
10-cu Avrasiya İqtisadiyyat Zirvə toplantısı mayın 4-də başa çatacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR