Əli Əhmədov: “Başlıca arzu və məqsədimiz Şuşanı azad etməkdir”

Əli Əhmədov: “Başlıca arzu və məqsədimiz Şuşanı azad etməkdir”
# 07 may 2007 14:25 (UTC +04:00)
“Şuşanın işğalı ilə bağlı keçirə biləcəyimiz ən əhəmiyyətli tədbir bu şəhəri azad etmək olar. Bu, bizim başlıca arzu və məqsədimizdir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. İşğalın 15 illiyi ilə bağlı atılması zəruri olan addımlara toxunan Ə. Əhmədov işğal faktının dünya ictimaiyyəti tərəfindən pislənilməsi üçün Azərbaycanın hər bir vətəndaşı, qurumu tərəfindən dünyanın ayrı-ayrı nüfuzlu təşkilatları qarşısında məsələ qaldırılmasını vacib sayıb: “Qaldırılan məsələlərdə də məqsədə nail olmaq vacibdir. Dövlət və diaspora təşkilatları tərəfindən bu işlər görülür. Dünya birliyi də Şuşanın və digər ərazilərin işğal faktını etiraf etməyə başlayıb. Buna nail olmuşuq, amma əsas məqsəd işğal altında olan torpaqları azad etməkdir”.
Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayırlar: “Azərbaycan vətəndaşlarını qaçqın, köçkün vəziyyətinə salıblar. Bütün bunlar beynəlxalq hüquqa ziddir. Azərbaycan torpaqlarının azad olunması üçün müxtəlif çərçivələrdə danışıqlar aparır. Əgər torpaqlar azad olunmayacaqsa, ermənilər Azərbaycan dövlətinin müvafiq tədbirləri ilə qarşı-qarşıya qalacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR