İranın azərbaycanlılar yaşayan şəhərlərində vərəqələr yayılıb

İranın azərbaycanlılar yaşayan şəhərlərində vərəqələr yayılıb
# 14 may 2007 14:25 (UTC +04:00)
İranın azərbaycanlılar yaşayan şəhərlərində ölkədə 2006-cı ilin mayında baş verən kütləvi aksiyaların ildönümünün keçirilməsi ilə bağlı vərəqələr yayılıb. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin sədri Səid Nəiminin APA-ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları vərəqə yayanlardan bir neçəsini saxlayıb.
Xatırladaq ki, 2006-cı il mayın 13-də rəsmi dövlət qəzeti olan “İran” qəzetinin 3469-cü sayında nəşr olunan yazıda və karikaturada azərbaycanlılar təhqir edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhərlərdə kütləvi aksiyalar keçiriblər. Hadisələrdə bir neçə azərbaycanlı ölüb, onlarla aksiya iştirakçısı yaralanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR