MSK sədri: “Növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də olmalıdır”

MSK sədri: “Növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də olmalıdır”
# 21 may 2007 15:27 (UTC +04:00)
Onun sözlərinə görə, qanunda seçki prosesinin seçkinin təyin olunduğu vaxta ən azı 120 gün qalmış başlandığı göstərilib. Prezident seçkiləri ilə bağlı prosesin 2008-ci ilin 15 oktyabrına 4 ay qalmış başlayacağını deyən M. Pənahov qurumun bu prosesə hazır olduğunu deyib. Seçki komissiyalarının tərkibinin dəyişməsi ilə bağlı sualı cavablandıran M. Pənahov bildirib ki, o, belə müzakirələrdə iştirak etmir: “Bu MSK-nın yox, parlamentin səlahiyyətində ola məsələdir. Amma məndə ola məlumata görə, bununla bağlı geniş müzakirələr getmir”.
MSK-dakı katib yerlərinin birinin hələ də boş qalmasının bunun müxalifət nümayəndələri ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, parlamentdəki müxalifət partiyalarının deputatları öz təmsilçilərini göndərmədiyi üçün hazırda qurum tam formalaşmayıb: “Buna görə də indiki məqamda digər katibi təyin etmək istəmirik. MSK tam tərkibdə formalaşdıqdan sonra katib yerinə namizəd irəli sürmək daha ədalətlidir. Katibin olmaması ilə bağlı indi narahatlığa ehtiyac yoxdur. Amma hesab edirəm ki, prsezident seçkilərinə kimi bu məsələ həll olunmalıdır. Çünki MSK tam formalaşmalıdır ki, DSK-lardakı vakant yerlər də formalaşsın”. Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi ilə bağlı məsələyə münasibətində konkret partiya söhbəti olmadığını deyib: “Parlamentdə azlıqda olan partiyalar nümayəndə göndərməlidirlər. Hansısa partiyaya üstünlük söhbəti yoxdur. MSK-nın fəaliyyətinin səlahiyyətli olması üçün onun 1/3-nin formalaşması vacibdir. Hazırda da 18 yerdən 16-nın nümayəndəsi var və qurum tam səlahiyyətlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR