Sərdar Cəlaloğlu müavinlərini müəyyənləşdirib

Sərdar Cəlaloğlu müavinlərini müəyyənləşdirib
# 29 may 2007 13:28 (UTC +04:00)
Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri kimi ilk iş günündə partiya strukturlarının formalaşması ilə bağlı sərəncam imzalayıb. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Cəlaloğlu Həsrət Rüstəmovu partiya sədrinin birinci müavini və icra aparatının rəhbəri vəzifəsinə, Taliyət Əliyevi seçki məsələləri üzrə, Rəşid Mansurovu təşkilati məsələlər üzrə, Nurəddin İsmayılovu ictimai əlaqələr və mətbuatla iş üzrə, Zakir Hüseynovu isə ümumi məsələlər üzrə sədr müavini vəzifəsinə təyin edib. Partiyada rəhbər orqanların formalaşdırılması prosesinin davam edəcəyi bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR