Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun vitse-prezidenti ilə görüşüb

Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun vitse-prezidenti ilə görüşüb
# 02 iyul 2007 13:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) vitse-prezidenti Elizabet Duqan ilə görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə BRİ-nin Bakı ofisi ilə YAP arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və onun inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Ə. Əhmədov iki qurum arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, seçki texnologiyasının tətbiqində BRİ-nin təcrübəsindən səmərəli istifadə olunduğunu vurğulayıb. Görüşdə 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində YAP-ın qarşısında duran vəzifələr və seçki kampaniyası çərçivəsində BRİ ilə birgə həyata keçiriləcək layihələr müzakirə edilib. Görüşdə BRİ-nin Bakı ofisinin rəhbəri cənab Dallas Frorip, ofisin proqram meneceri Ceyk Cons, YAP icra katibinin müavini Siyavuş Novruzov da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR