Allahşükür Paşazadə: “Lazım gəlsə, mən də Dağlıq Qarabağa gedə bilərəm”

Allahşükür Paşazadə: “Lazım gəlsə, mən də Dağlıq Qarabağa gedə bilərəm”
# 02 iyul 2007 16:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə verib. O, Şuşanın tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb: “Şuşa bizim torpağımızdır. Ona görə də mən Ermənistanın katolikosu Qaregini Şuşaya dəvət edərəm. Danışıqlar prosesində bütün tərəflərin - siyasilərin, dindarların və ictimai xadimlərin iştirakı vacibdir”. Allahşükür Paşazadə danışıqlar nəticə vermədiyi təqdirdə münaqişənin həlli üçün hərb variantının mümkünlüyünü də istisna etməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR