Corc Buş: “Qəbələ radiolokasiya stansiyasından istifadə məsələsi hələ də müzakirə predmeti olaraq qalır”

Corc Buş: “Qəbələ radiolokasiya stansiyasından istifadə məsələsi hələ də müzakirə predmeti olaraq qalır”
# 03 iyul 2007 08:25 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, jurnalistlərin qarşısına çıxan prezidentlər Azərbaycanda keçirilən stansiyadan istifadə məsələsinin hələ də müzakirə predmeti olaraq qaldığını deyiblər. Vladimir Putin bildirib ki, Rusiyanın Qəbələ RLS-dən istifadə ilə bağlı ABŞ-a etdiyi təklifi qüvvədə qalır: “Lakin birgə istifadəni Rusiya-NATO formatında etmək lazımdır. Biz təklif edirik ki, mərkəzin Məlumat Mübadilə Mərkəzi Moskvada olsun. Bu mərkəz daxili şəbəkə formasında və canlı rejimdə fəaliyyət göstərə bilər. Əgər ehtiyac varsa, biz Qəbələ stansiyasını da modernləşdirə bilərik. Bu da kifayət etməsə, raket hücumundan müdafiə məqsədi ilə ABŞ-ın ixtiyarına Rusiyanın cənubunda inşa edilən yeni stansiyanı da əlavə edə bilərik”. ABŞ prezidenti Corc Buş isə bu təklifin bir daha dövlət qurumları səviyyəsində müzakirə olunacağını bildirib: “Lakin istənilən halda bütün yeni təkliflər Çexiya və Polşada inşa olunması nəzərdə tutulan raketdən müdafiə sistemi çərçivəsində diqqətdən keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR