NAMSA-nın baş meneceri, general-mayor Karl-Heinz Münzner Azərbaycana səfərinə həsr olunmuş mətbuat konfransı keçirib

NAMSA-nın baş meneceri, general-mayor Karl-Heinz Münzner Azərbaycana səfərinə həsr olunmuş mətbuat konfransı keçirib
# 03 iyul 2007 14:04 (UTC +04:00)
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat və informasiya mərkəzinin rəhbəri Xəzər İbrahim Azərbaycan-NATO əməkdaşlığının yalnız siyasi, hərbi və iqtisadi sahədə deyil, taktiki əməkdaşlıqla da genişləndiyini vurğulayıb. X. İbrahim Azərbaycan hökumətinin NATO-nun strukturu olan NAMSA ilə bir neçə layihə reallaşdırdığını qeyd edib. Azərbaycan və NATO əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini deyən K.H.Münzner həyata keçirilən layihələrin bu əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, həyata keçirilən layihələr vacib sahələrlə, xüsusilə də müdafiə sektoru, Azərbaycan Silahlı Qüvvələrinin restrukturizasiyası və modernləşdirilməsi ilə bilavasitə bağlıdır. NATO rəsmisi vurğulayıb ki, “Saloğlu” və “Melanjın (raket yanacağının) məhv edilməsi” layihələri mühüm əhəmiyyətə malikdir: “Biz hər iki layihənin icrasını diqqət mərkəzində saxlayırıq və onları təqdirəlayiq hesab edirik. Bu layihələrdə NATO-nun aparıcı dövlətlərindən olan Türkiyə də mühüm rol oynayır. 2008-ci ildə Saloğlu kəndində partlamamış hərbi sursatlarla çirklənmiş bütün ərazi təmizlənərək istifadəyə veriləcək”. NAMSA rəhbəri Azərbaycan-NATO əlaqələrinə də toxunub. O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlərdə hökumət rəsmiləri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib: “Biz bu gün həyata keçirdiyimiz layihələrdə keçmişdən qalan problemlərin həlli ilə məşğuluq. Gələcəkdə müxtəlif sahələri əhatə edən layihələrin olması mümkündür”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR