Ana Vətən Partiyası sentyabrda öz qərargahından çıxacaq

Ana Vətən Partiyası sentyabrda öz qərargahından çıxacaq
# 03 iyul 2007 12:33 (UTC +04:00)
Ana Vətən Partiyası (AVP) bu ilin sentyabrında qərargahından çıxacaq. Bu barədə APA-ya açıqlamasında AVP sədri Fəzail Ağamalı məlumat verib. Partiya sədri qərargahı boşaltmalarının səbəbinin obyektin 2006-cı ilin dekabrında dövlət başçısının sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin balansına (FHN) verilməsi ilə izah edib. F. Ağamalı məsələ ilə bağlı bu ilin fevralında FHN tərəfindən xəbərdarlıq aldıqlarını deyib. “Biz qərargahda sentyabra qədər fəaliyyət göstərmək üçün onlardan icazə almışıq. Bundan sonra həmin binada Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik xidməti yerləşdiriləcək”. F. Ağamalı hazırda məsələnin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən araşdırıldığını deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda rəhbərlik etdiyi partiya qərargahla təmin olunacaq: “Artıq bir neçə yer təklif olunub. Lakin biz onları bəyənməmişik. Təklif olunan binaları təmir etmək üçün çoxlu vəsait və vaxt lazımdır. Bu obyektlərdən biri “AZNEFTMAŞ”a məxsus zavodun inzibati binası olub. Ancaq bu ərazi xaraba vəziyyətdə idi. Biz ondan imtina etdik”.
F. Ağamalı rəhbərlik etdiyi partiyanın qərargahdan çıxarılmasını Hüseyn Abdullayevlə arasında yaranan problemlə bağlanmasını düzgün saymayıb: “Bizdən qisas alınması haqda yazılanlar düzgün deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR