ACP növbəti Milli Forumu payızda keçirəcək

ACP növbəti Milli Forumu payızda keçirəcək
# 03 iyul 2007 13:20 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin təşəbbüsü ilə növbəti Milli Forum payızda keçiriləcək. ACP sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, digər partiyalar forum keçirilməsinə təşkilatçılığı öz üzərinə götürməyib. Bu səbəbdən də iyula planlaşdırılan forum təxirə salınıb. Y. Abbasov forumun keçirilməsi üçün Milli Birlik Hərəkatına və Azərbaycan Naminə İctimai Foruma müraciət edildiyini deyib: “Biz bütün forumların təşkilatçılıq işini öz üzərimizə götürmək istəmirik. Məqsədimiz bütün partiyaların bu işdə iştirakına çalışmaqdır. Amma hər iki təşkilatın rəhbəri forumun təşkilatçılığına razılıq versələr də, bu istiqamətdə heç bir iş görülmədi. Buna görə forumla bağlı işlərin payıza saxlanılması qərarını verdik”. Y. Abbasov digər partiyaların forumun keçirilməsinə cəhd göstərməyəcəyi halda ikinci forumun da ACP tərəfindən təşkil olunacağını bildirib. Qeyd edək ki, ACP-nin təşkilatçılığı ilə mayın sonunda Dağlıq Qarabağ probleminə həsr olunmuş Milli Forum keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR