ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələrində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb

ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələrində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb
# 03 iyul 2007 14:09 (UTC +04:00)
İyulun 9-10-da Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığına dair hərbi-siyasi məsləhətləşmələr keçiriləcək. Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə,
ABŞ-a yollanacaq nümayəndə xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yüksək səviyyəli rəsmiləri daxildir. X. İbrahimin sözlərinə görə, məsləhətləşmələr zamanı əsasən Azərbaycan-ABŞ hərbi-siyasi münasibətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sülhməramlı əməliyyatlar, regional məsələlər, NATO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Nümayəndə heyəti ABŞ-a iyulun 8-də yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR