MDB ölkələrinin razılaşdırılmış miqrasiya siyasəti sabah Minskdə ekspertlər səviyyəsində müzakirə olunacaq

MDB ölkələrinin razılaşdırılmış miqrasiya siyasəti sabah Minskdə ekspertlər səviyyəsində müzakirə olunacaq
# 04 iyul 2007 11:32 (UTC +04:00)
İyulun 5-6-da Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində MDB ölkələrinin razılaşdırılmış miqrasiya siyasəti ilə bağlı təkliflər hazırlayan qrupun iclası keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan ekspertlərinin də iştirak edəcəyi iclasda qrupun işinin reqlamenti, işçi miqrantlar və onların ailə üzvlərinin hüquqi statusuna dair Konvensiya layihəsi üzərində işin aktivləşməsi, MDB ölkələri vətəndaşlarının miqrasiyası sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş layihəsi, MDB məkanında razılaşdırılmış miqrasiya siyasəti həyata keçirilməsi barədə MDB ölkə başçılarının birgə bəyannaməsinin layihəsi müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR