Sergey İvanov: “İndiki halda dünyada Qəbələ radiolokasiya stansiyasından yaxşı stansiya yoxdur”

Sergey İvanov: “İndiki halda dünyada Qəbələ radiolokasiya stansiyasından yaxşı stansiya yoxdur”
# 04 iyul 2007 15:26 (UTC +04:00)
“Qəbələ radiolokasiya stansiyasından birgə istifadəyə dair təklifimizin ABŞ tərəfindən qəbul olunmayacağını istisna etmirəm. Əgər belə olarsa, Rusiya adekvat tədbirlər görəcək” APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya baş nazirini müavini Sergey İvanov söyləyib. O, təklif qəbul edilməyəcəyi halda Rusiyanın səbir və təkidlə öz mövqeyini anlatmağa çalışacağını bildirib. “Biz təhlükəsizliyi təmin etmək üçün adekvat tədbirlər görəcəyik, biz bu tədbirləri artıq həyata keçiririk. Rusiyanın təklifi ABŞ-ın Çexiya və Polşada raket əleyhinə müdafiə sisteminin elementlərini yerləşdirməkdən əl çəkəcəyi təqdirdə qüvvədə qalacaq. Bizim təkliflər qəbul edilsə, Çexiya və Polşadan gələcək təhlükələri dəf etmək üçün Rusiyanın Avropa hissəsində, o cümlədən Kalininqrad vilayətində yeni raket qurğuları yerləşdirməyə ehtiyac olmayacaq. İndiki halda dünyada Qəbələ radiolokasiya stansiyasından yaxşı stansiya yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR